“Azərbaycanın sehrli abidələri” kitabından video yayımlanıb

“Azərbaycanın sehrli abidələri” kitabından video yayımlanıb

Azərbaycan Milli İncəsənət Muzeyinin rəsmi “Facebook” səhifəsində tanınmış memar Elçin Əliyevin müəllifi olduğu “Azərbaycanın sehrli abidələri” kitabından izləyicilər üçün övladları ilə birlikdə oxuduğu video yayımlanıb.

Open.az xəbər verir ki, uşaqlara həsr olunan “Azərbaycanın sehirli abidələri” kitabı qədim torpağın memarlıq abidələrindən bəhs edir. Kitab Azərbaycanda ilk nadir nəşr hesab olunur.

Azərbaycanın bütün bölgələrini gəzən və orda yerləşən tarixi abidələri siyahıya alan Elçin Əliyevin kitabı çox sadə və anlaşıqlı dili ilə diqqət çəkir.

Kitabda müəllif bir çox məhşur Azərbaycan abidələrinin təsvirini verir. Onların sırasında Şirvanşahlar sarayı, Molla Pənah Vaqif türbəsi, Möminə Xatun türbəsi və Gəncədə yerləşən Cümə məscidinin adlarını çəkmək olar.

Kitabda verilmiş məlumatlar rəssam Nüsrət Hacıyev tərəfindən hər abidə üçün çəkilmiş xüsusi rəsm əsərləri ilə müşayiət olunur.

Mənbə: open.az