Tanınmış fotoqrafın meyiti evində tapıldı

Tanınmış fotoqrafın meyiti evində tapıldı

Türkiyənin tanınmış fotoqrafı Tufan Dinarlının meyiti tapılıb.

Open.az xəbər verir ki, 3 gündür telefonlara cavab verməyən fotoqrafın, qardaşı bu barədə polisə məlumat verib. Polis mərhum fotoqrafın yaşadığı mənzildə onun cansız bədənini aşkar edib.

Hazırda Tufan Dinarlının hansı səbəbdən dünyasını dəyişməsi ilə bağlı araşdırma aparılır.

Ülviyyə Həsənqızı

Mənbə: open.az