"Survivor"da böyük sevgi - Onun üçün ac qalmağı gözə aldı

"Survivor"da böyük sevgi - Onun üçün ac qalmağı gözə aldı

Ötən gün yeni bölümüylə ekranlara gələn "Survivor" yarışmasında maraqlı anlar yaşanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, proqrama "Ünlüler" komandasında yarışan Sercan Yıldırımın rəqib "Gönüllüler" komandasında yarışan Nisaya etdiyi jest damğasını vurub.

Aclıqla mübarizə aparan Sercan əlində pulu olmasına baxmayaraq, "Nisaya qıya bilmirəm, o yesin" deyərək yeməyi almayıb.

Komanda yoldaşlarının əl qaldırmasına da icazə verməyən Sercan, "girmə, girmə" deyərək hamını dayandırıb. Sercanın böyük jestinə qarşı heç nə deməyən Nisa təbəssümlə kifayətlənib.

Gülnar Qafarlı

 

 

Mənbə: open.az