"Əlim gəlmir iş görməyə, evləri də təmizləmirəm" - Firəngiz Mütəllimova

"Əlim gəlmir iş görməyə, evləri də təmizləmirəm" -  Firəngiz Mütəllimova

Xalq rtisti Firəngiz Mütəllimova İnstaqramda canlı yayıma girərək izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, aktrisa karantin günlərini evdə necə keçirməsindən danışıb. O bildirib ki, bütün günü yeməklər bişirir:

"Yemək bişirməkdən əllərim "oboy"u vurulmamış divara dönüb. Evləri təmizləmirəm, əlim gəlmir iş görməyə. Nə yerdəyəm, nə göydə. Karantin günlərində bilmirəm nə edim. Elə darıxıram çəkilişlər, tamaşalar, izləyicilərim üçün... Küçəyə çıxmaq üçün darıxmışam".

Mənbə: axsam.az