Xalq artisti övladlarının surroqat anasını gizlədir

Xalq artisti övladlarının surroqat anasını gizlədir

Rusiyanın Xalq artsiti Filipp Kirkorov bütün dünyada populyarlığına baxmayaraq, şəxsi həyatı barədə açıqlama verməyi sevmir. Bu dəfə fərqli hərəkət edib.

Lent.az Rusiya mətbuatına istinadla bildirir ki, jurnalistin "İndi həyatınızda kim var" sualına Filipp "iki övladım" cavabını verib: “Məni artıq romantik münasibətlər maraqlandırmır. Bütün gəncliyimi belə münasibətlərə verdim və qarşılıq görmədim. Həmişə aldandım və bu məni yordu. İndi öz hislərimi yalnız doğmalarıma verirəm. Ürəyimi isə heç kimə. İndi həyatımda romantik heç bir münsibət yoxdur və buna çox şadam”.

Dediyinə görə, bütün sevgisini qızı Allaya və oğlu Martinə verir. Uşaqları isə ona surroqat ana bəxş edib. Onun kimliyi isə hələ də bəlli deyil. Müğənni bir dəfə deyib ki, o sirri özü ilə məzara aparacaq.

Mənbə: lent.az