Hadisə pərəstişkarını yenə polisə şikayət etdi

Hadisə pərəstişkarını yenə polisə şikayət etdi

Türkiyənin məşhur müğənnisi Hadisə Açıkgöz pərəstişkarından hüquq-mühafizə orqanlarına yenidən şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi elektron poçt ünvanına Ümit S. adlı şəxsdən cinsi motivli mesajlar daxil olduğunu qeyd edib.

Bundan əlavə, Hadisə yaşadığı evə, iş adreslərinə karqo yolu ilə eşq məktubları göndərildiyini bildirib.

Qeyd edək ki, pop ulduz bundan əvvəl də sözügedən şəxsdən şikayətçi olmuş, onun 6 il 6 ay müddətinə həbsini istəmişdi.

Mənbə: qafqazinfo.az