Şahzadə Diananın əlyazısı hərraca çıxarılıb - FOTO

Şahzadə Diananın əlyazısı hərraca çıxarılıb - FOTO

Böyük Britaniya şahzadəsi Diananın əlyazma məktubu 16 min funt sterlinqə (33,902 AZN) satışa çıxarılıb.

“HaberGlobal” məlumat verir ki, Dianananın məktubunda övladları - şahzadələr Uilyam və Harrinin imzaları var.

Məktub Uilyamın doğum günü ziyafətində iştirak etmiş motosiklet ekipajının polis serjantına təşəkkür etmək üçün yazılıb.

Şahzadə məktubu 1989-cu ilin 21 iyununda Kensinqton Sarayı adlı yazısı olan kağıza yazıb.

Diananın əlyazısında çavuş Corc Plumba ünvanlanan aşağıdakı ifadələr yer alır:

“Hörmətli serjant Plumb, bu gün Uilyamın ad günündə buraya gəlmək sizin və komandanızın çox xoş davranışı idi. Bilirəm ki, indi hamınız nə qədər məşğulsunuz, bizim üçün motosiklet komandanızın ad günündə iştirakı çox vacib idi. Səmimi təşəkkürlərimizi qəbul edin! Hörmətlə, Diana, Uilyam, Harri”.

Məktubu üç il əvvəl çavuş Plumbdan Londonda satın almış kolleksiyaçı aprelin 23-də başa çatacaq hərracın alıcısını gözləyir.

Mənbə: milletinsesi.info