Güney azərbaycanlı yazıçı Səməd Behrənginin əsəri İstanbulun bələdiyyə başçısının təklif etdiyi kitablar sırasında - VİDEO

Güney azərbaycanlı yazıçı Səməd Behrənginin əsəri İstanbulun bələdiyyə başçısının təklif etdiyi kitablar sırasında - VİDEO

GünAz TV: Türkiyənin İstanbul şəhərinin bələdiyyə başçısı Əkrəm İmamoğlu koronavirus infeksiyası ilə bağlı hər kəsi evdə qalmağa çağırıb.

O karantinlə bağlı yaydığı videoda evdə qalanları kitab oxumağa çağıraraq onlara bir neçə qiymətli əsər təklif edib.

Güney azərbaycanlı yazıçı Səməd Behrənginin “Balaca qara balıq” əsəri Cümhuriyyət Xalq Partiyasından (CHP) olan siyasətçinin təklif etdiyi kirablar arasındadır.

https://www.youtube.com/watch?time_continue=42&v=wZqSXRcU6x0&feature=emb_logo

“Balaca qara balıq” əsərini anadolu türkcəsində bu LİNK-dən yükləyə bilərsiniz.

“Balaca qara balıq”, kitabları bir çox dilə tərcümə olunmuş, İranda rejimə müxalif olan və rejimin qurbanına çevrilən azərbaycanlı yazıçı Səməd Behrənginin ən məşhur əsəridir.

29 yaşında əsrarəngiz və şübhəli şəkildə Araz çayında qərq olan Səməd Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn olunub. O 1968-ci il avqustun 31-də vəfat edib.

Ən çox müəllim kimi yadda qalan Səməd Behrəngi həm də ictimai tənqidçi, şair, yazıçı, hikayə yazan və Azərbaycan folklorunun tədqiqatçısı olub.

N.S

Mənbə: www.gunaz.tv