Möcüzədən yaranan, nurun gücünə sığınan insanların taleyi...

Möcüzədən yaranan, nurun gücünə sığınan insanların taleyi...

Varlığıyla torpağa və xalqa bağlı olan insanlar üçün sevgi hissinin güclü təsirini vermək çox asan olur. Sanki onlar bu sevgi ilə doğulur, bu sevgidən güc alır və bu sevgi ilə böyüyür.. Tanrının ən müqəddəs nuru olan insan bu sevginin möcüzəvi nəticəsidir. Möcüzədən yaranan, nurun gücünə sığınan insanların taleyi də elə onların özü kimi möcüzəli olur :qısa və təmiz. Onların taleyinin qısa olması bəlkə möcüzəyə xələl gəlməməsi üçündür, bəlkə də sonradan ləkələnməməsi üçün.

Dediyimiz kimi saf və təmiz olur möcüzə insanlar. Belə insanların milliyinə , yurduna bağlılığı da özü kimi saf və müqəddəs olur. Onlar seçilmiş və sevilmiş olurlar...

Baharda doğulmuşdu . Bahar kimi təravətli , bahar kimi də gözəl idi Tapdıq. Orta məktəbi də , BDU - nun tarix fakültəsini də əla qiymətlərlə bitirmişdi. Qısa , lakin mənalı ömür yolu keçmişdi Tapdıq Qobustan rayonundan hərbi xodmətə çağrılmışdı. Və ....

Tapdıq Əli Zaman oğlu Babaşov. Ülviliklə dolu qısa, lakin sevgili Vətənə sevgi yolu keçmiş bir gənc. Arzuları aşıb - daşan , sevgisi bitməyən bir cavan. Tapdıq vətən aşiqi , vətən sevdalısı idi.

Dolanar - dolanar bəlkə də bitməz,

Bəlkə də sonsuzluq yaddaşda itməz

Bəlkə , bu taleyi bir kimsə getməz

Sevgim bir qayada daş oyuncaqdır.

Vətənə sevgi , torpağa bağlılıq , xalqa , millətə sevgi ruhuna hakim kəsilmişdi. Tapdıq :

Vətən deyir dilim , ağzım , dodağım

Dədəm yurdu viran qalıb sol- sağım -

deyərək bu yurda olan haqsızlıqlara fəryad edir , " hər gözdə bir yaş olan " Vətənin göz yaşlarının axmaması üçün bütün varlığını verməyə hər an hazır olduğunu sözü ilə deyil ,əməli ilə sübut etməyə hər an hazır idi.

Vətən uğrunda hər an canından keçməyə hazır olanlar üçün hamıdan fərqli bir tale seçilir.

Tapdıq özünün də qeyd etdiyi kimi , " kimsənin getməyəcəyi bir tale" yaşadı . Və o bu yaşamı özü sevə - sevə seçdi.

Bu tale Azərbaycan tarixinə , Azərbaycan ədəbiyyatına , bütünlükdə Azərbaycan torpağına bağlılıq idi.

Tapdıq Türk soyuna , türk dünyasına sevgisini Bozqurd timsalında cəmləşdirmişdi. Gələnəyə ən çox bağlı olan bozqurdlar məğrur və heç nəyə əyilməyən varlıqlardır. Onlar məğlub ola bilərlər , amma əyilməzlər. Öldürülərlər , amma diz çökməzlər..

Bozqurdlar həyat yollarını boşuna seçməzlər ki,, boşuna gözə almazlar ki , olacaqları..

Mənim də qurdum uladı ,

Uladı , məni çağırdı

Dolmuş buludlardan yağış yağırdı ,

Baxdım buludlara yağış deyildi

Göy üzündən aydınlıq yağırdı bəxtimə , taleyimə

Və o aydınlıqlar ləkələnməsin deyə səni də səmalara qaldırdı bu sevgin.

Əyilməzliyin , vüqarın , əzəmətin ..

Mehriban Sadıqova. tədqiqatçı

Mənbə: moderator.az