“İnsanlar bir az var-dövlət tapanda ayaqlarının altını görmürlər, hamıya yuxarıdan aşağı baxırlar...”

“İnsanlar bir az var-dövlət tapanda ayaqlarının altını görmürlər, hamıya yuxarıdan aşağı baxırlar...”

“Hər bir adam dərk etməlidir ki, qarşısındakı da insandır, onu da Allah yaradıb. Mənim bir canlının məhv etməyə heç vaxt ürəyim gəlməz”

Bunu

Moderator.az-a açıqlamasında Xalq artisti Kamil Cəlilov deyib. Qaboy ifaçısı həmişə öz ifalarında xalqı mərhmətə, birliyə səslədiyini bildirib:

“Səhhətim normaldı, mən də hamı kimi günümü evdə keçirirəm. Allaha qurban olum, düşünürəm ki, insanların xeyirxahı, mərhəmətlisi çox azdır. Hər bir adam dərk etməlidir ki, qarşısındakı da insandır, onu da Allah yaradıb. Mənim bir canlının məhv etməyə heç vaxt ürəyim gəlməz. İnsanlar bir az var-dövlət tapanda ayaqlarının altını görmürlər, hamıya yuxarıdan aşağı baxırlar. Adam gərək mərhəmətli, səxavətli ola. Bir həkim dostum mənim haqqımda yazırdı ki, “Kamil Cəlilovun ifaları insanların dərdinə şərik olur, yanan ürəklərin alvovunu söndürür, insanları mərhəmətə, mübarizəyə səsləyir”. Ona görə də insan dünyada yaxşılıqlar etməlidir.

Düşünürəm ki, koronavirus pandemiyasından sonra çətin ki, kimsə öz çirkin əməlindən əl çəkib nəticə çıxartsın. Amma hər adam bunu bacarmaz. Mənim öz başıma çox işlər gəlib. Bu gün heç çoxları bunu bilmir, “Azərbaycan təranələri”ni 1972-ci ildə mən bəstələmişəm və mərhum prezidentimiz Heydər Əliyevə ithaf elədim. Bir dövlət başçısı kimi H.Əliyevin çox müsbət keyfiyyətlərinin şahidi oldum”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az