Koronavirusla bağlı sənədli film çəkilir

Koronavirusla bağlı sənədli film çəkilir

Özbək kinematoqrafçılar COVİD-19 epidemiyasının ölkədə yayılması haqqında sənədli film çəkirlər və bu işdə onlara koronavirus epidemiyası ilə mübarizədə ölkədə fəaliyyət göstərən Xüsusi Komissiya köməklik ğöstərir.

Cebhe.info xəbər verir ki, bu barədə "Uzbekkino" Milli Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən film kinoxronika tipli olacaq, bu ekran əsərində COVİD-19 -un Özbəkistanda yayılması, hökumət tərəfindən bu virusun qarşısının alınması haqqında gördüyü tədbirlər, bu sahədə yeni xüsusi xəstəxanaların tikilməsi öz əksini tapacaq.

"Uzbekkino"nun baş direktoru Firdavs Abduxalıqovun sözlərinə ğörə, filmin əsas xəttini məmurlarla, tibb işçilərilə, hüquq-mühafizə orqanları əməkdaşları ilə, həmçinin koronavirusdan sağalmış vətəndaşlarla olan müsahibələr təşkil edəcək.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info