Cem Yılmazın dəbdəbəli villasında YANĞIN BAŞ VERDİ

Cem Yılmazın dəbdəbəli villasında YANĞIN BAŞ VERDİ

Məşhur şoumen Cem Yılmazın sevgilisi Serenay Sarıkaya ilə birlikdə yaşadığı villasında yanğın panikası yaşanıb.

''Ölkə.Az'' xəbər verir ki, şoumenin villasının zirzəmisində zibil yığılan ərazidə yanğın başlayıb. Evdəki qulluqçulardan biri çıxan tüstünü gördüyü an yanğına müdaxilə edib. Yanğın qısa müddət ərzində söndürülüb. Qapının ağzında olan muxbirlərə isə elə həmin qulluqçu açıqlama verərək zibil qabında unudulan hanısa əşyanın yanğına səbəb olduğunu deyib. Cem Yılmaz və Serenay Sarıkaya isə kameralara tuş gəlməmək üçün evlərindən çıxmayıblar.

Ölkə.Az

Mənbə: olke.az