8 il əvvəlin dueti qalmaqal yaratdı

Türkiyənin iki məşhur müğənnisi - Demet Akalınla Gökhan Özen arasında qalmaqal yaranıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Demetin instaqramda paylaşdığı status olub. Belə ki, Akalın 2012-ci ildə Gökhanla oxuduğu “Yıkıl karşımdan” duetinin 8 il aradan sonra yenidən musiqi platformalarında rekord sayda yükləndiyini bildirib.

Onun Demetin paylaşımına “8 il əvvəlki mahnım yenə partladıb” yazması qarşı tərəfi özündən çıxarıb. Özen “bu mahnının söz, musiqisi, aranjimanı və miksi mənə məxsusdur. Elə bil mən yox, özü bunları edib. Duet jestimi də bir anlıq unudub. Canı sağ olsun. Biz də mahnısını təbrik edirik”,- deyə reaksiya verib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Güclü təsiredici dərman satan aptek müdiri hakim qarşısına çıxarılır

SONRAKI XƏBƏR

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: “Daha güclü çıxacağıq” - Video