“İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər”

“İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər”

Amin Hüseynov: "Hərdən mənə elə gəlir ki, "Mənəfsanəyəm” filmində rol almışam və bu həngamədə, bircə, sadiq itim çatmır” İtaliyanınSiena şəhərində yaşayır və təhsil alır. Onun da yaşadığı şəhər karantinnəzarətindədir. Karantini dostlara, yaxınlara vaxt ayırmaq üçün yaxşı fürsətkimi qiymətləndirir. Azərbaycana qayıtmaq fikri yoxdur. Karantin rejimibitdikdən sonra imtahanlarını verib ixtisası üzrə doktorantura təhsili almaqistəyir. Müsahibim İtaliyanın SienaUniversitetində dilşünaslıq sahəsi üzrə təhsil alan Amin Hüseynovdur. Aminbakalavr təhsilini Bakı Mühəndislik Universitetində tərcümə fakültəsindəingilis dili üzrə alıb. Deyir ki, universiteti ortalama 90.80 balla bitirib:"Bakıda bakalvr təhsili aldığım beş il müddətində müxtəlif yerlərdə ingilisdili müəllimi kimi işləyirdim. Bununla yanaşı, Avropa Oyunlarında və müxtəlifbeynəlxalq konfranslarda tərcüməçi kimi də fəaliyyət göstərmişəm. Həmçinin, ikikitab tərcümə etmişəm. Düşünürəm ki, tələbə vaxtı işləmək insanındünyagörüşünün artmasında mühüm rol oynayır. Bütün bunlar mənə yeni təcrübələrqazandırmaqla yanaşı, öz ixtisasımı daha yaxşı mənimsəməkdə köməkçi olub”.
Araşdırmaçı dilşünas və professorolmaq istəyirəm Həmsöhbətimdeyir ki, magistr təhsili üçün araşdırma edərkən bir neçə seçimi olub: "Əslindətəhsilimi Avstraliyada davam etdirmək istəyirdim. Çünki mənim sahəm dilşünaslıqvə idraki elmlərdir. Təhsilimi bitirdikdən sonra araşdırmaçı dilşünas və professorolmaq istəyirəm. Avstraliya universitetlərinin mənim sahəm üzrə daha uyğunolduğunu düşünürdüm, amma bir tanışım mənə Siena Universitetini məsləhət gördü.İtaliyanı seçməyimin digər səbəbi isə tanınmış dilçi alimlərdən ikisinin buuniversitetdə çalışması oldu. Həmin professorların dilşünaslıq üzrənəzəriyyələri Avropa və Amerikada da tədris olunur. Beləcə, qərarımı dəyişibİtaliyanı seçdim”. Burada müəllimlər öz tələbələrini alim kimiyetişdirməyə çalışır Deyir ki,iki ölkənin təhsil sistemi tamamilə fərqlidir: "Dilşünaslıq üzrə təhsil aldığımüçün deyə bilərəm ki, sözügedən sahə, bizdən fərqli olaraq, İtaliyada xeyliinkişaf edib. Təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş səviyyədədeyil. Azərbaycanda tətbiqi dilçilik, sadəcə, leksikoqrafiya ilə məhdudlaşır.Ən azından AMEA-nın dilçilik üzrə rəsmi səhifəsində belə görünür. Həmçinin,İtaliyada Azərbaycan universitetlərindən fərqli olaraq, dərsə davamiyyət, yəniqayıb sistemi yoxdur. Dərsə gedib-getməməyimiz şəxsi seçimdir. Daha çox özbaşınaöyrənməyi sevən biri olduğum üçün bu sistem mənə rahatdır. Məni maraqlandıransualları və müzakirə olunası məsələləri professorlarla görüşüb söhbətləşirik.Əksər hallarda kitabxanalarda oluram. Digər bir fərqli məqam isə professorlarıntələbələri araşdırmağa meyilləndirməsidir. Yəni müəllimlər tələbələriaraşdırmağa meyilləndirir. İtaliyada dərs deyən müəllimlər öz tələbələrini alimkimi yetişdirməyə çalışırlar. Burada ən çox sevdiyim məqamlardan biri dəictimai kitabxanaların olmasıdır. Bukitabxanalarda tələbə kartınız vasitəsilə istədiyiniz kitabı götürüb oxuyabilərsiniz. Çox vaxt dərslərimi məhz bu kitabxanalarda oxuyuram. Bakıda olarkəndilçi alim Çomskinin əsərlərini tapmaq çox çətin idi, burda isə o və digərdilçilərin kitabları evimdən on dəqiqəlik uzaqlıqdadır”.
Ailə dəyərləri İtaliyada çoxyüksəkdir Müsahibimitalyanlar üçün ailə dəyərlərinin yüksək olduğunu söyləyir: "İki ölkəninmədəniyyət və milli dəyərlərini müqayisə etsək, bənzərliklərin olduğunu görməkolar. Bizdə "qazandığını dərmana xərcləyəsən” deyə bir qarğış var. İtaliyanıncənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər. Ailədəyərləri burada da çox yüksəkdir. Ümumilikdə italyanlar mədəniyyətlərinə görədigər Avropa xalqlarından çox fərqlənir. Hətta deyərdim ki, italyanlar Qafqazxalqlarına daha çox bənzəyirlər”. Amin deyirki, İtaliyada ingilis dilində danışanların sayı az olsa da, bu, gündəlikhəyatda o qədər də ciddi problem sayılmır: "Gündəlik həyatda ingilis dilindənistifadə edənlərin sayı çox azdır. Amma ətrafımda ingilis dilində danışandostlarım olduğu üçün böyük problem yaşamıram. Xidmət sektorunda, marketlərdəçalışanların əksəriyyəti az da olsa ingilis dilini bilir. Yəni ehtiyacınızolduqda sizə kömək edə biləcək səviyyədə ingilis dilini bilirlər”.
Azərbaycan mətbəxi daha dadlıdır Müsahibimİtaliya mətbəxini bir o qədər də sevmədiyini söylədi: "Adətən deyirlər ki,Azərbaycanla İtaliya mətbəxləri çox oxşardır. Amma mən öz mətbəximizi daha çoxbəyənirəm. İtaliya mətbəxini demək olar ki, sevmirəm. Cürbəcür makaronlaramüxtəlif pasta adları verib zəngin mətbəxləri olduğu ilə fəxr edirlər.Düşünürəm ki, bizim xəngəl italyanların bütün pastalarını döyə bilər. Onlardaha çox pasta, xəmir xörəklərini sevirlər. Ən məşhur yeməkləri də spagettidir.Məncə, Azərbaycan mətbəxi daha dadlıdır”. Roma və Milanla müqayisədə Sienada vəziyyət dahayaxşıdır Aminlə sonaylar bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı dasöhbətləşdik. Virusun ən çox yayıldığı və ölüm faktının daha çox qeydə alındığıölkələrdən biri də İtaliyadır. Çoxsaylı azərbaycanlı tələbələrin təhsil aldığıbu ölkədə də karantin rejimi tətbiq olunur. Amin deyir ki, Siena hazırda ruhlarşəhəri kimidir. Küçədə adam tapmaq olduqca çətindir. Polislər sizi görən kimiyolda saxlayıb harda yaşadığınız və hara getdiyinizlə bağlı sorğu-sual edirlər.Açığı, bizim şəhər Roma və Milan kimi şəhərlərə baxanda daha az yoluxmahadisələri ilə üz-üzədir. Çünki Siena özü balaca şəhərdir və çox vaxt dolugörünməyinin əsas səbəbi turist və tələbələrdir. Hərdən mənə elə gəlir ki, "Mənəfsanəyəm” filmində rol almışam və bu həngamədə, bircə, sadiq itim çatmır.Lakin ümid edirəm ki, tez zamanda hər şey öz yoluna düşəcək. İnsanlar qoyulanqaydalara nə qədər çox əməl etsə, bir o qədər də öz normal həyatımıza tezqayıda bilərik”. Gəncmagistrant söylədi ki, Azərbaycana qayıtmaq fikri yoxdur: "Əslində karantin elədə ciddi çətinlik kimi gəlmir. Boş vaxtımız çox olur. Çalışıram ki, dostlarımadaha çox vaxt ayırım. Bununla yanaşı, bu müddəti dərslərimlə məşğul olmaq üçünyaxşı imkan kimi qiymətləndirirəm. Mənim olduğum şəhər ölkənin mərkəzində, birqədər hündürdə yerləşir. Şimal hissədə virusa yoluxanların sayı bura nisbətəndaha çoxdur. Təhlükənin bu tərəflərəyayılmaması üçün karantin elan olunub. Tələbələr arasında bir neçə şübhəli varidi. Xoşbəxtlikdən onların da nəticəsi neqativ çıxdı. Azərbaycanın İtaliyadakısəfirliyi burada təhsil alan tələbələrə sosial media vasitəsilə müraciətetmişdi. Amma yüksək ehtimalla, Azərbaycana qayıtmayacağam. Çünki düşünürəm ki,karantin bitdikdən sonra imtahanlarımı verməliyəm. Pandemiya həm də bir neçəplanımın təxirə düşməsinə səbəb oldu. Belə ki, uşaq dil inkişafı ilə bağlıMoskvada konfransa qatılmalı idim. Həmçinin, tətbiqi dilçiliklə bağlı Romadabaşqa tədbirdə iştirak etmək istəyirdim. Karantinə görə bu planlarım təxirədüşdü. Məqsədim imtahanlarımı qısa müddətdə verib doktorantura təhsilinəyönəlməkdir”. Şəbnəm Mehdizadə

 

Mənbə: kaspi.az