“Dünyada nə baş verirsə, ona inanıram və buna heç bir şübhəm yoxdur...”

“Dünyada nə baş verirsə, ona inanıram və buna heç bir şübhəm yoxdur...”

“Düşünürəm ki, bu bəşəriyyətin başına gələn bir bəladır və biz də bunun bir hissəsiyik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Həsənoğlu deyib. Rejissor koronavirus pandemiyasının yayılmasına məhəl qoymayaraq özbaşına hərəkət edən insanlara da səslənib və onların səhv yolda olduqlarını bildirib:

“Karantin rejimində hamı kimi mən də evdə oturmuşam. Yazı işlərimlə, sənətimlə məşğulam. Dünyada nə baş verirsə, ona inanıram və buna heç bir şübhəm yoxdur. Koronavirus pandemiyası var və bilirsiniz ki, bizdə də ölkə başçısı şəxsən vəziyyəti nəzarətə götürüb. Kimsə koronavirusun olmasına inanmırsa, səhv edir. Düşünürəm ki, bu bəşəriyyətin başına gələn bir bəladır və biz də bunun bir hissəsiyik. Ümidim böyükdür və inanıram ki, bu sınaqdan uğurla çıxacağıq. Lakin deyilənlərə əməl etməliyik, evdə oturmaqla həm özümüzü, həm də ətrafdakı insanları qorumalıyıq. Başqa ölkələrdə koronavirus pandemiyası daha geniş yayılıb. Düşünürəm ki, yaxın həftələrdə biz də azad nəfəs alarıq”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az