Məşhur müğənninin atası da koronavirusa yoluxdu

Məşhur müğənninin atası da koronavirusa yoluxdu

Qızı onun xilası üçün süni tənəffüs aparatı aldı

Koronavirus bəlası məşhurlardan da yan keçmir. Daha bir tanınmış simanın ailəsində virus qioorxusu yaşanıb. Dünya şöhrətli barbadoslu ifaçı Ruhannanın atasının COVİD-19 testi pozitiv çıxıb.

66 yaşlı Ronald Fenti həkimlərin səyi nəticəsində sağlamlığına qovuşub. Mətbuata açıqlama verən atanın sözlərinə görə, qızı ona süni tənəffüs aparatı göndərib.

"Qızım mənə hər gün nəzarət edir. Ölmək üzrəydim. Onu çox sevdiyimi demək istəyirəm. Mənim üçün çox şey etdi".

Xatırladaq ki, Rihanna özü ABŞ-da yaşasa da, ailə üzvləri Barbadosdadırlar.

Mənbə: istipress.com