Polislərin bu hərəkəti müsbət qarşılandı - Fotolar

Daxili İşlər Nazirliyi əməkdaşlarının karantin günlərində küçədə göyərçinləri yemləməsi müsbət qarşılanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu əks etdirən fotolar Bakı Şəhər Baş Polis İdarəsinin sosial şəbəkə hesabında paylaşılıb.

Fotolar istifadəçilər tərəfindən marağa səbəb olub.

Qeyd edək ki, insanların özünü təcrid edərək evdə qalması küçə heyvanlarının və göyərçinlərin yemləməsində çətinlik yaradıb.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Yarım milyard insanın yoxsullaşa biləcəyi barədə xəbərdarlıq edildi

SONRAKI XƏBƏR

65 yaşdan yuxarı avtobus sürücüləri xətdən çıxarılıb