“Evdə Qal-Qalib Gəl!” layihəsinə Azərbaycanın Xalq rəssamı da qoşulub- Video

“Evdə Qal-Qalib Gəl!” layihəsinə Azərbaycanın Xalq rəssamı da qoşulub- Video

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına qoşulan Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz bütün dünyanı bürüyən pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən və öz yaradıcılıq prosesindən izləyicilərə bəhs edib.

Lent.az Mədəniyyət Nazirliyinin saytına istinadən xəbər verir ki, o, sənətsevərlərə müraciət edərək qeyd edib ki, qara rəng bütün dünyanı bürüyüb ancaq mən inanıram ağ rəng ona qalib gələcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir.

 

Mənbə: lent.az