Şəfiqə Nağıyeva "Facebook"dakı kişilər klubunu tənqid etdi: "Kişinin kişi işi var, qadının qadın işi"

Şəfiqə Nağıyeva "Facebook"dakı kişilər klubunu tənqid etdi: "Kişinin kişi işi var, qadının qadın işi"

Tanınmış hüquqşünas Şəfiqə Nağıyeva "Elgizlə izlə" verilişində maraqlı açqlamalar verib.

SONXEBER.AZ xəbər verir ki, hüquqşünas daimi eksperti olduğu verilişdə kişilər haqqındaa tənqidi fikirlər səsləndirib. Belə ki, ekspert canlı efirdə son dövrlər feysbuk səhifəsində açılan kişilər klubu haqqında öz fikirlərini tamaşaçılarla bölüşüb. Şəfiqə xanım həmin qrupa üzv olan kişiləri tənqid edərək "Kişi əlinə alıb pol taxtasını deyir ki, bax, mən yeri silə bilirəm. Kişinin kişi işi, qadının qadın işi var" deyib.

Qeyd edək ki, sözügedən qrup kişilərin ev bacarıqlarını, yemək bişirmək, uşaq çimizdirmək, qulluq etmək kimi bacarıqlarını nümayiş etdirən aktiv sosil qrupdur.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az