Azərbaycanda verilişdən əlil uşağının müalicəsi üçün aldığı pullarla evini təmir etdirdi, uşağı evdə yanaraq öldü

Azərbaycanda verilişdən əlil uşağının müalicəsi üçün aldığı pullarla evini təmir etdirdi, uşağı evdə yanaraq öldü

"Həqiqətən ehtiyacı olan insanlara yardım etmək lazımdır".

SONXEBER.AZ xəbər verir ki, bu sözləri teleaparıcı Elgiz Əkbər işlədiyi ARB telekanalının canlı efirində deyib. Verilişdə imkansız alələrə kömək etməkdən danışılıb. Aparıcı keçmişdə olan bir hadisəni danışmaqla hər kəsi təəccübləndirib.
Aparıcı vaxtilə uşağı əlil olan bir ailənin övladının müalicəsinə görə verilişdən maddi yardım istədiyini bildirib. 15 min manatdan çox yığılan məbləğ uşağının müalicəsi üçün veriliş tərəfindən təşkil edilib. Verilişdə yığılan pulları əlil uşağın ailəsi onun sağlamlığına deyil, evinin təmirinə xərcləyib. Evinin üzərini keramik materialdan yeniləyən ailə, həmin pulla evinə yeni avadanlıqlar da ala biilib. Aparıcı qeyd edir ki, bir gün efirdə əlil uşağın evdə yanması xəbərini izləyib. Hadisələrdən dəhşətə gələn aparıcı səhəri gün məsələni dəqiqləşdirmək üçün həmin ailəyə baş çəkib. Yanaraq ölən uşağın həmin ailənin uşağı olduğu aşkara çıxıb. Həmçinin də, ailənin uşağın adıyla alıb təmirə xərclədiyi digər məsələlər. Efirdə hər kəs sözügedən hadisəyə təssüflənib.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az