Türkiyəli müəllimə azərbaycanlı tələbəyə YARDIM ETDİ

Türkiyəli müəllimə azərbaycanlı tələbəyə YARDIM ETDİ

Koronavirus infeksiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qismi vətənə qayıda bilməyib. Onlar hazırda bəzi məişət və inzibati zəminli problemlərlə üzləşiblər.
Modern.az-ın məlumatına görə, belə bir çətin məqamda azərbaycanlı tələbələrə türklər də həssasiyyət göstərirlər.
Belə ki, Türkiyədə qalmağa məcbur olan tələbələrimizdən birinin hesabına gözləmədiyi maddi vəsait daxil olub. Azərbaycanlı tələbə kimliyini bilmədiyi şəxsdən belə bir mesaj alıb:
“Azerbaycanlı öyrenci kardeşimə Yasemin öyretmenden güle-güle harca”.
Sosial şəbəkələrdə paylaşılan bu mesaj izləyiciləri də təsirləndirib...

Mənbə: modern.az