Məşhur müğənni koronavirusa görə 12 il saxladığı SAQQALINI QIRXDI - TANINMAZ OLDU - FOTO

Məşhur müğənni Koray Avcı, koronavirus epidemiyası ilə başğı görülən tədbirlər çərçivəsində "Evdə qal" çağırışına diqqət çəkmək üçün 12 il sonra saqqalını qırxıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə oxuduğu mahnıları paylaşaraq məşhurlaşan, daha sonra klip çəkdirib albomlar buraxan ulduz yeni görünüşünü "İnstagram" səhifəsində paylaşıb.



"Sizlər üçün qırmızı xətlərimi darmadağın edirəm. Məni saqqallı görmək istəyənlər bir həftə səbir etməli olacaqlar. Narahat olmayın, qısa müddətdə yenidən köhnə halını alacaq", - deyə o, paylaşımını şəhr edib.

Müğənni, həmçinin, izləyicilərdən karantin məsələsinə ciddi yanaşmağı xahiş edib:

"Sağlamlığınız və yaxınlarınız üçün evdə qalın. Sadəcə evdə olmağınız yetərli deyil. Bir müddət dostlarınızla yalnız telefonla əlaqə saxlayın. İşləməli olanların gigiyena qaydalarına riayət etdiklərinə və çox həssas davrandıqlarına şübhəm yoxdur. Yenə də diqqət etməyinizi xahiş edirəm. Bütün səhiyyə işçilərinə səbir və güc diləyirəm. Biz bacardığımız qədər canlı yayım edərək sizinlə olmağa çalışırıq. Gözəl günlərdə görüşmək diləyi ilə. Özünüzə yaxşı davranın ... Hamınız üçün çox darıxmışam".
 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda metil spirtindən ölənlərin sayı artdı

SONRAKI XƏBƏR

Sinqapurda onlayn dərslər ləğv edildi, səbəb isə...