Ledi Qaqa: “Mənimlə o qadının mübarizəsi eyni deyil”

Ledi Qaqa: “Mənimlə o qadının mübarizəsi eyni deyil”

Koronavirusla mübarizə üçün 35 milyon dollarlıq ianə kampaniyasına imza atan Ledi Qaqa pandemiya müddətində istifadə olunan “Hamımız eyni gəmidəyik” ifadəsinin saxtakarlıq olduğunu bildirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Əlbəttə, birlik hissi çox gözəldir. Ancaq indi əziyyət çəkən, uşağı olan, işini itirən bir qadının mübarizəsi mənimlə eyni deyil. Buna görə də hamının eyni gəmidə olması barədə şüar yanlışdır”, - deyə o, bildirib.

Məşhur müğənni aprelin 18-nə təyin olunmuş konsertini də həmin qadınlara həsr etdiyini deyib
“Əsl məqsədim bu konsertimlə onlara öz mübarizəsində yardım etməkdir. Çünki buna gücüm çatır”, - deyə o, vurğulayıb.

Mənbə: www.oxu.az