Qara Qarayevin yaradıcılıq həftəsi KEÇİRİLƏCƏK

Qara Qarayevin yaradıcılıq həftəsi KEÇİRİLƏCƏK

"Mədəniyyət" kanalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə reallaşdırdığı "Bizi birləşdirən mədəniyyət" layihəsindən yeni xəbər var.

News24.az xəbər verir ki, bu layihənin reallaşmasında başda cənab nazir Əbülfəs müəllim olmaqla Nazirliyin bütün əməkdaşlarına,həmçinin tabeçiliyində olan qurumlara, bölgələrimizdə və paytaxtda olan teatr, konsert müəssələrinin rəhbərlərinə, işçilərinə dərin təşəkkürünü bildirir.
“Bizi birləşdirən mədəniyyət” layihəsi bizim ölkəmizin bütün mədəniyyət müəssisələrini, bütün musiqiçilərimizi bir-birinə daha sıx bağladı. Bildiyiniz kimi 6-12 aprel həftəsi Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr edildi.

*13-19 aprel * həftəsi dahi bəstəkarımız , Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Qara Qarayevin əziz xatirəsinə həsr olunacaq. Bununla əlaqədar olaraq aşağıda adları göstərilən mədəniyyət müəssisələrinin Qara Qarayev yaradıcılıq həftəsində yaxından iştirak etmələri xahiş olunur.

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti;

2. Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti;

3. Bakı Şəhər Mədəniyyət baş İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdləri;

4. Bakı Musiqi Akademiyasının müəllim və tələbələri;

5. Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi kollektivləri;

6. Mədəniyyət Nazirliyinin tabeliyində olan regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdləri.

7. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və musiqiçiləri

8. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru S.Təhmirazqızı - (Musiqişünaslar bəstəkarın balet, simfoniya, kino, vokal, romans janrları haqqında olan mühazirələrini 3 dəqiqədən artıq olmamaq şərtilə bizə təqdim etsinlər)

9. Proqram direktoru C.Dünyamalıyev – 13-19 aprel tarixlərində görkəmli bəstəkarımızın həftəsi ilə əlaqədar mədəniyyət müəssisələrinin təqdim etdiyi həmin videoçarxların mütəmadi olaraq proqramda yerləşdirilməsi təmin edilsin.

10. *Musiqi redaktoru *
H. Şahbazov və Mənzər xanım – Xahiş edirəm, gələn həftə verilişlərdə bəstəkarın yaradıcılığından əsərlər ifaçıların repertuarına daxil edilsin.

11. Ssenari müəllifi T.Yusifova - Mütəmadi olaraq Qara Qarayevin yaradıcılığına müraciət edilsin. Bəstəkarın yaradıcılığının bütün istiqamətlərinə toxunulsun. Dövlətimizin Qara Qarayev sənətinə olan diqqət və qayğısı, onun irsinin qorunması istiqamətdə görülən işlər, bəstəkarın dünyanın müxtəlif yerlərində qeyd olunmuş yubileyləri, eyni zamanda MEZZO kanalında onun əsərlərinin təqdimatı ssenaridə öz əksini tapsın.

12. Regional məsələlər üzrə Mədəniyyət Nazirliyinin şöbə müdiri P. İsgəndərli – Xahiş edirəm regionlarımızda fəaliyyət göstərən musiqi məktəbləri Qara Qarayevin müxtəlif əsərlərini bizə təqdim etsinlər.

Sevda Bayramova

Mənbə: news24.az