Korona Musa Yaqubun müalicəsini yarımçıq qoydu

Korona Musa Yaqubun müalicəsini yarımçıq qoydu

Xalq şairi Musa Yaqub koronavirusla əlaqədar ev şəraitindədir və özünü qoruyur.

Bu barədə Kult.az-a açıqlamasında şairin nəvəsi Nərgiz Gəray deyib. O bildirib ki, Musa Yaqubun səhhəti hazırda yaxşıdır:

"Babamın vəziyyəti yaxşıdır. Hazırda İsmayıllının Buynuz kəndindədir. Koronavirusa görə hamı kimi o da özünü qoruyur. Bakıya həkim müayinəsinə getmək istəyir. Lakin karantin rejimi olduğu üçün gedə bilmir".
Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir.

Mənbə: axar.az