Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub.
Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov təyin edilib.
Həmçinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.
Fotoda Ramil Qasımov
Fotoda Hüseyn Hüseynov
Mənbə: oxu.az