Həmidə Ömərovanın karantində doğum günü

Həmidə Ömərovanın karantində doğum günü

Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Həmidə Ömərovanmın doğum günüdür.

Lent.az xəbər verir ki, aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.

Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Kino haqqında "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci llər", "Amerika kino tarixi" kitablarının müəllifidir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalı verlişinin aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Pprezident təqaüdçüsüdür.

Həmidə Ömərova Şəfiqə ("Qızıl uçurum" filmində) ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaradıb.

İndi televiziya seriallarında çəkilir.

Lent.az aktrisaya yaradıcılıq uğurları arzu edir.

Mənbə: lent.az