Türkiyə Qazilər və Şəhid Ailələri Fondu (TÜQŞAV) terror təşkilatına dəstək ifadələri ilə gündəmə gələn və Almaniyada yaşamağa başlayan “Ezhel” təxəllüslü reperin ianəsini qəbul etməyib.
"Ezhel" təxəllüsü ilə tanınan Ömər Sərcan İpəkçioğlu sosial media hesabında qazandığı təzminatı TÜQŞAV-a bağışladığını paylaşıb.
Bunun ardınca TÜQŞAV açıqlama verərək separatçı terror təşkilatına dəstək ifadələri ilə gündəmə gələn heç kimdən ianə qəbul etməyəcəklərini bildirib:
"Ezhel kimi tanınan sənətçi qazandığı təhqir məhkəməsindən aldığı təzminatını vəqfimizə bağışladı. Separatçı terror təşkilatına dəstək ifadələri ilə gündəmə gələn və Türkiyəyə girişi qadağan edilən heç kimdən ianə və ya yardım qəbul etmirik. Vəqfimizə köçürülən ianənin məbləği onun hesabına geri qaytarılacaq. Əgər bir gün o, irəli sürülən ittihamlardan təmizlənsə və Türkiyəyə girə bilsə, ianə etməsi üçün onu vəqfimizdə gözləyəcəyik”.
Həmçinin açıqlamada Ezhelin terror təşkilatına yaxınlığı ilə gündəmə gələn əvvəlki yazıları da yer alıb.
Roza
Mənbə: publika.az