“Gecə anamızı itirdik” – Doğuş qayınanasından yazdı

“Gecə anamızı itirdik” – Doğuş qayınanasından yazdı

Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyevanın vəfat etməsindən yazıb.

Bakupost.az xəbər verir ki, Doğuş instaqram səhifəsində başsağlığı paylaşımı edib:
“Dünən gecə anamızı itirdik, mələyimizi itirdik, ağrımız böyükdür, ilk növbədə həyat yoldaşıma, bacı-qardaşlarına və bütün sevənlərinə başsağlığı verirəm”.
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını açıqlamışdı.

Mənbə: www.bakupost.az