Türkiyənin məşhur serialı olan “Kızılcık şerbeti”nə yeni aktyor daxil olacaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialda aktyor Devrim Nas da rol alacaq.
Qeyd edək ki, Devrim Nas xüsusilə “Doktorlar” serialında canlandırdığı Aslan rolu ilə yadda qalıb.
Xatırladaq ki, “Kızılcık şerbeti” serialının baş rollarını Sıla Türkoğlu və Doğukan Güngör canlandırır.


Mənbə: qafqazinfo.az