Aprelin 16-da baş vermiş tarixi hadisələr

Aprelin 16-da baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqrama əsasən 5 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alıb.

Bəs, aprelin 16-da daha hansı hadisələr baş verib?

1. 1906-cı ilin bu günündə "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

2. 16 aprel 1941-ci ildə 500 Almaniya təyyarəsi bütün gecə Londonu bombalayıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniyanın İngiltərəyə etdiyi “The Blitz” hücumlarının ən böyüyü idi. 1940-cı ilin oktyabrından 1941-ci ilin iyununa qədər davam edən bu hücumlarda təxminən 32.000 vətəndaş öldü, 87.000 min nəfər yaralandı.

3. 1945-ci ilin 16 aprelində Sovet Ordusu Almaniyanın paytaxtına girdi və Berlin uğrunda müharibə başladı.

4. 16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıldı. Qısa adı OECD olan təşkilatın üzvləri sənayeləşmiş və inkişaf etməkdə olan ölkələrdən ibarətdir. Hal-hazırda Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 36 ölkə üzvü var.

5. 1972-ci il 16 apreldə bəşər övladının 5-ci Ay yolculuğu “Apollo 16” kosmik gəmisilə başladı.

6. 16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Məhəmməd Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan “Taliban” tərəfindən ələ keçirilərək Kabilin mərkəzində asıldı.

7. 16 aprel 1992-ci ildə Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulub.

8. 16 aprel 2004-cü ildə Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulub.

9. 2017-ci ilin 16 aprelində Türkiyədə hökumət idarəetmə formasını prezidentlik sistemi olaraq dəyişdirmək üçün referendum keçirildi.

16 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Yaradıcılığı ilə XX əsr Avropa ədəbiyyatına güclü təsir göstərən məşhur fransız yazıçısı Anatol Frans 1844-cü ilin bu günü Parisdə anadan olub (1844-1924)

2. Dahi Amerika rejissoru, aktyoru və ssenari müəllifi, Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplin 1889-cu ilin 16 aprelində İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Yaratdığı Şarlo obrazı, “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır(1889-1977)

3. Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır (1916-1961).

4. 1934-cü ilin bu günündə tanınmış bəstəkar, Xalq artisti Ramiz Mirişli anadan olub(1934–2015). O, “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Yandım, elə yandım”, “Yeddi qızdan biri gözəl”, “Küsüb məndən” və digər sevilən mahnıların müəllifidir.

5. Azərbaycan Bəstəkarı Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə vəfat edib(28 aprel 1924 – 16 aprel 1981).

Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Ələkbər Tağıyev 1981-ci il aprelin 16-da dünyasını dəyişib. Maştağada "Seyidlər" qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam" mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam”.

6. Azərbaycanlı aktyor, Xalq artisti Rafiq Əliyev 16 aprel 1949-cu ildə anadan olub. O teatr və kinoda çoxsaylı obrazlar yaradıb.

7. Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Debüt" studiyasının bədii rəhbəri, professor Eldar Quliyev16 aprel 2021-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media