Bu günlərdə Kiprdə konsert verən türkiyəli müğənni Işın Karaca xeyli çəki atması ilə diqqət çəkib.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, müğənni 6 aya 25 kq arıqlayıb.
O, “necə arıqlamısınız?” sualına cavab olaraq bildirib ki, ən böyük sirri yeməməsidir: “Yeməyincə olurmuş. Özümü çox yaxşı hiss edirəm, kefim çox yaxşıdır. Sağlamlıq hər şeydən önəmlidir”.
Karaca, həmçinin peşəkar həkim nəzarəti altında olduğunu, balıq yağı və maqnezium qəbul etdiyini söyləyib.




Mənbə: qafqazinfo.az