“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı

“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika İncəsənət və Elmlər Akademiyası məlumat yayıb.

“98-ci “Oskar” mükafatının təqdimetmə mərasimi 15 mart 2026-cı il bazar günü keçiriləcək. Namizədlər 22 yanvar 2026-cı il cümə axşamı günü elan ediləcək”, - deyə məlumatda qeyd olunub.

Mənbə: qafqazinfo.az