Xəbər verdiyimiz kimi Speys TV-nin efirindəki “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib.
Məsələ ilə bağlı aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşım edib.
“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”, - o bildirib.
Mənbə: axar.az