Anasının vəfatından sonra Avropa turuna davam edən meqastar Tarkan dünən axşam Almaniyanın Ştutqart şəhərində pərəstişkarları ilə görüşüb.
Sənətçi konsertinə mərhum anası Neşe Tevetoğlunun ən sevdiyi mahnı ilə başlayıb və duyğulu anlar yaşayıb.
Tarkan "Uzun İnce Bir Yoldayım" mahnısını ifa edib, səhnədə göz yaşlarına boğulub. Tamaşaçılar isə alqışları ilə ona dəstək olublar.
Xatırladaq ki, Türkiyənin məşhur sənətçisi Tarkanın anası Neşe Tevetoğlu aprelin 16-da 68 yaşında müalicə aldığı xəstəxanada ürəktutmasından vəfat edib. Avropa turu çərçivəsində Almaniyada olan Tarkan acı xəbəri alar-almaz dərhal İstanbula qayıdıb.
Neşe Tevetoğlu İstanbulda dəfn olunub.
Həmin anları təqdim edirik:
Mənbə: bizim.media