32 il sonra filmdəki qızı ilə görüşdü

32 il sonra filmdəki qızı ilə görüşdü

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkə paylaşımı ilə marağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, o instaqram hesabında illər onunla filmə çəkilən Fidan Fərzəlibəyova ilə fotosunu paylaşıb.

"Mənim ağ şəhərim" adlı ekran işində Fidan, Gülnarənin (Firəngiz Mütəllimova) qızı rolunda çəkilib.

"Mənim ağ şəhərim" filmində qızımı oynayan Fidan... İllər necə də sürətlə keçir. Maşallah balama... " - deyə Xalq artisti paylaşdığı fotoya qeyd edib.

Mənbə: yenisabah.az