“Ebru Gündeşi bağışladım” - Günel

“Ebru Gündeşi bağışladım” - Günel

Müğənni Günel Zeynalova uzun illər qalmaqallı və küsülü olduğu həmkarı Ebru Gündeşlə bağlı açıqlama verib.

İnstaqram hesabında videolar paylaşan Günel Ebrunu bağışladığını deyib:

“Dostlarıma həmişə deyirəm ki, hər kəsi, sizi üzən, qəlbimizi qıranları ürəyinizdə bağışlayın. Məndən həmişə soruşursunuz ki, Ebru Gündeşi bağışladın? Bəli, ürəyimdə hər kəsi əfv etdim. İçimdə kinim, əsəbim yoxdur”.

Qeyd edək ki, Ebru Günelin iş adamı Reza Zərrabla nişanlı olduğu ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.

Mənbə: qafqazinfo.az