Marafonda Roza Zərgərlinin qaçışına Kəramətdən özünə məxsus münasibət

Marafonda Roza Zərgərlinin qaçışına Kəramətdən özünə məxsus münasibət

Bu gün Bakının Dənizkənarı Bulvarında keçirilən marafon sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Marafonda tanınmış müğənni Roza Zərgərli də iştirak edib.*

Yazıçı Kəramət Böyükçöl öz Facebook səhifəsində bu mənzərəni belə təsvir edib:

“Bulvarda marafon keçirilir. Roza Zərgərli qaçır, bir topa ictimai fəal, jurnalist də düşüb dalınca. Roza sağa dönəndə bunlar da sağa dönür, sola dönəndə bunlar da sola dönür.”

Paylaşım sosial mediada maraq doğurub.

Hadisə iştirakçılar üçün idman olsa da, müşahidəçilər üçün bir növ sosial metaforaya çevrilib.

Mənbə: www.facebook.com