“Havhavhav” mahnısı ilə gündəm olan “Lvbel C5” ləqəbli reper Süleyman Burak Bodur həbs edilib.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, ifaçı mahnılarında narkotiki təbliğ etməkdə ittiham olunub.
İfadəsi alınan “Lvbel C5” məhkəmənin qərarı ilə həbs olunaraq Kandıra həbsxanasına göndərilib.
Reperin 5 ildən 10 ilə qədər həbs cəzası alması gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısının yayımdan çıxarılması tələb olunub.
Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.
Mənbə: qafqazinfo.az