Tanınmış aktrisa dövlətə müraciət etdi: "AVM-lər açılırsa, Teatrlar niyə bağlıdır?"

Tanınmış aktrisa dövlətə müraciət etdi: "AVM-lər açılırsa, Teatrlar niyə bağlıdır?"

Türkiyənin tanınmış teatr və kino aktrisası Füsun Demirel AVM, Gözəllik salonları, ticarət mərkəzlərinin açılması ilə bağlı danışarkən, məsələni Teatrlara və sənətə yönəldib.

Open.az xəbər verir ki, ömrünün 38 ilini teatra bağlayan tanınmış sənətkar: " Mayın ortasında AVM-lər, gözəllik, masaj salonları, məscidlər, çimərliklər, turizm obyektləri açılır. Deməli, vəziyyət normallaşıb. Əgər vəziyyət normalaşşıbsa, onda nəyə görə Teatr binaları bağlı qalıb? Biz də sevimli işimizlə məşğul olmaq istəyirik. Teatrda sosial məsafəni gözləyərək, tamaşalar nümayiş edə bilərik. Belə davam etsə, teatrlar noyabr ayına qədər bağlı qalacaq. Deməli, 7-8 ay işsiz qalacayıq. Bəs bizim maddi durumumuz necə olacaq? Hökumət buna əl atmalıdır. Teatrlar vergidən azad edilməlidir. Həyatın hər sahəsində normallaşma müşahidə olunur. Sənət sahəsində də yumşalma, normallaşma olmalıdır. Yenidən teatr səhnələrinə qayıtmaq istəyirik" deyə Füsun Demirel türk hökumətinə və Türkiyənin Mədəniyyət nazirinə müraciət edib.

Ülviyyə Həsənqızı

 

 

Mənbə: open.az