Müğənni Aysun İsmayılova Moskvadan Bakıya qayıda bilməyib.
Bu barədə Aysun instaqramda videolar paylaşıb.
“İndi hava limanındayam hələ uça bilməmişik. Moskvadan Minskə, ordan da Bakıya uçacağam. Bu gün qızımın 10 ayı tamam olur. İlk dəfədir ki, yanında yoxam. Amma gec də olsa, özümü çatdıracağam.
İnşallah böyüyəndə məni bağışlayar. 9 ayımızı tamamladıq, 10-a keçdik. Yanında ola bilmədim, qızım”, - deyə, Aysun bildirib.
O, daha sonra video paylaşaraq Minskə uçduğunu qeyd edib.
Mənbə: bizim.media