“Şurik”in həkimi vəfat etdi

“Şurik”in həkimi vəfat etdi

Rusiyanın əməkdar artisti, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Nina Qrebeşkova 94 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib.

“2025-ci il mayın 10-da 95 yaşında bir çox nəsillərin sevimli aktrisası, Rusiyanın əməkdar artisti Nina Pavlovna Qrebeşkova (1930-2025) vəfat edib”, - məlumatda deyilir.

Qeyde dək ki “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları Nina Qrebeşkovaya şöhrət qazandırıb.


Mənbə: qafqazinfo.az