Geyimi ilə “Kann”ın qaydalarını pozdu

Geyimi ilə “Kann”ın qaydalarını pozdu

Supermodel Haydi Klum “Kann” Film Festivalının geyim qaydalarını pozub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vanity Fair” məlumat yayıb.

Belə ki, o, qırmızı xalçaya çiçəkli aplikasiyalı çəhrayı, uzun libasla çıxmağı seçib.

Lakin 2025-ci ildə festival komandası qırmızı xalçaya bu cür çıxmağı qadağan edib.

Bildirilib ki, festivalda açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yaradan paltarlara icazə verilməyəcək.

Həmçinin idman ayaqqabısı ilə festival tədbirlərinə qatılmaq qadağan edilib.

Mənbə: qafqazinfo.az