76 yaşlı aktyor yaşadığı evində öldü

76 yaşlı aktyor yaşadığı evində öldü

Amerikalı aktyor Corc Vendt vəfat edib.

Yenisabah.az xəbər verir ki, o 76 yaşında dünyasını dəyişib. Bu barədə məşhur jurnalist Melissa Nathan məlumat yayıb. Aktyor səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

O bildirib ki, Corc sevilən aktyor olub və sevənləri onu heç vaxt unutmayacaq:

"Corc çox sevilən ailə başçısı və onu tanıyan hamı üçün əsl sirdaş idi. Onu sonsuza qədər unutmayacağıq".

Xatırladaq ki, Corc 1948-ci ildə 9 uşaqlı ailədə dünyaya gəlib. O təhsil həyatına Notr-Dam Universitetində başlayıb. Sonra "Jesuit Rockhurst" kollecinə daxil olub.

O "Fletch", "Gung Ho", "Spice World" kimi filmlərdə rol alıb. Aktyor "Cheers" serialındakı Norm Peterson obrazı ilə məşhurlaşıb.

Mənbə: yenisabah.az