“Yeke Yeke” oxuyan müğənni öldü - VİDEO

Məşhur qvineyalı musiqiçi və müğənni Mori Kante vəfat edib.

Teleqraf.com xəbər verir ki, “Yeke Yeke” hiti ilə bütün dünyada tanınan sənətçi 70 yaşında xəstəxanada dünyasını dəyişib.

Bu barədə Morinin oğlu Balla məlumat verib:

"Atam xroniki xəstəliklərdən əziyyət çəkirdi və tez-tez müalicə üçün Fransaya gedirdi. Lakin son zamanlarda pandemiyaya görə bunu etmək mümkün olmadı. Onun vəziyyətinin sürətlə pisləşdiyini görürdük. Amma mən atamın ölməyinə şok olmuşam, çünki o, daha ağır dönəmlərdən də keçib".

Qvineya prezidenti Alfa Konde isə Afrika mədəniyyətində böyük itkinin yaşandığını bildirib. O, müğənninin yaradıcılığını unikal adlandırıb.

Qeyd edək ki, Kante 1950-ci il martın 29-da Qvineyada anadan olub. O, 27 yaşında “Les Milieus Branches”adlı qrupunu yaradıb və bir neçə il sonra yalnız Afrikada deyil, həm də bütün Avropada məşhur olan “Courougnegne” albomunu satışa çıxarıb. Bir müddət sonra Fransaya köçən sənətçi yaradıcılığının şah əsəri olan “Yeke Yeke” hitini də orada yazıb

 

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

18+ saytda işə başladı - FOTO

SONRAKI XƏBƏR

Moskvada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı