Afaq Gəncəli nişanlanır? - AÇIQLAMA + VİDEO

Afaq Gəncəli nişanlanır? - AÇIQLAMA + VİDEO

Məşhur teleaparıcı Afaq Gəncəli “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

milletinsesi.info xəbər verir ki, proqramın aparıcısı Zaur Kamalın Afaqa ünvanladığı “Nəyin həsrətini çəkirsiniz?” sualına o, yarıciddi-yarızarafat belə cavab verib:

“Hər şey yaxşı olacaq. Həyatımda var nəsə...”, - deyə “ATV Maqazin 10larla”nın aparıcısı bildirib.

Zaurun “Şok, şok, şok! Afaq Gəncəli nişanlanır!” sözlərinə isə qarşı tərəfın reaksiyası belə olub:

“Mən başqa şeyi nəzərdə tuturdum. Amma siz nişanlanmağımı deyirsinizsə, Allah ağzınızdan eşitsin. Ağlımda o deyildi. Amma nişanlansam, lap yaxşı olar. Bəlkə də cəsarət edib, varsa da deyə bilmədiyim bir kəlmədir. Həsrətindəyəm, vaxt gələndə qovuşacağam”.

A.Gəncəlini sorğu-suala çəkən Z.Kamalın “Nə zaman sevindirirsiniz bizi? (A.Gəncəlinin nişanlanmasını nəzərdə tutaraq - red.)” sualına teleaparıcı utanaraq belə bir cavab verib:

“Məndən olsa... Yox, bir ay tezdir! (gülür)”.

Qeyd edək ki, Afaq Gəncəli ailə həyatı ilə bağlı verilişlərdən birində “Bir dəfə ailə qurmuşam. Həyat yoldaşımdan ayrılmışam. Biz dost qalmışıq, gözəl münasibətimiz var. Hər bir ata kimi, o da oğlunun çətin anlarında bizim yanımızda olub”, - deyə səmimi etiraf edib.

Rəşad Əliyev

Mənbə: milletinsesi.info