"Diriliş Ertuğrul"fırtınası davam edir-Pakistandan reklam təklifi aldı

"Diriliş Ertuğrul"fırtınası davam edir-Pakistandan reklam təklifi aldı

Türkiyənin məşhur serialı "Diriliş Ertuğrul" Pakistan Dövlət Televiziyasında nümayişə başladıqdan sonra, serialın yaradıcı heyətinə film və reklam dəvətləri gəlməkdədir.

Open.az xəbər verir ki, Engin Altan Düzyatan’ın ardınca, aktrisa Burcu Kıratlı da Pakistanın reklam şirkətindən təklif alıb.

Belə ki, koronavirus pandemiyası bitdikdən sonra aktrisa, reklam çarxında çəkilmək üçün Pakistana yola düşəcək.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az