Günay İbrahimli: “Arxamca o qədər danışırlar ki...”

Günay İbrahimli: “Arxamca o qədər danışırlar ki...”

“Arxamca o qədər danışırlar ki... Haqqımda deyilənlər də dərhal gəlib qulağıma çatır. Sözlərim isə ünvanlıdır”.

Oxu.Az xəbər verir ki, bunu müğənni Günay İbrahimli “Xəzər” telekanalında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyib.

Aparıcı Zümrüd Bədəlovanın G.İbrahimliyə ünvanladığı “Qadın üçün aura çox önəmlidir. Olub ki, məclisə qatılmısan, oradakı mühit və iştirak edən qonaqların aurası səni sıxıb, çıxıb getmisən?” sualına müğənni belə cavab verib:

“Bəzən məclislərə gedirəm, sıxılıram. Hiss edirəm o neqativi, elə bil ki, üzlərində xoşagəlməz ifadələr yazılıb və ya dillərinə elə sözləri gətirirlər ki, adam oradan durub, qaçmaq istəyir. Bir də həmin yerə qayıtmaq istəmirsən”.

Mənbə: www.oxu.az