"Rəqqasələr kənarda qalıb, müğənnilər soyunur" FOTOLAR + VİDEO

Rəqqasə Renka kilolu xanımların açıq-saçıq libaslar geyinməsini sərt tənqid edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Arıq xanımlar açıq-saçıq paltarlar geyinib, uzun ayaqlarını göstərəndə bəyənirəm. Elə paltarlar geyinməyə bədən yol verməlidir. Yoxsa kilolu xanımlar açıq-saçıq geyinəndə xoşuma gəlmir".

Renka açıq-saçıq paltarlarda fotosessiya etdirən şou-biznes əhlindən də danışıb: "Kim necə məşhurlaşmaq istəyir özü bilər. Rəqqasələr kənarda qalıb, bəzi müğənnilər soyunmağa üstünlük verir (gülür). Demək ki, həmin tanınmış xanımlarn ona ehtiyyacı var. Onu da deyim ki, əvvəllər biz rəqqasələri açıq-saçıq geyindiyimizə görə bəziləri qınayırdılar. Amma indi qoy, ifaçıları tənqid etsinlər".

Renka həmçinin Nura Surini bəyəndiyini əlavə edib: "Nuranın geyimlərini çox bəyənirəm. Çünki onun gözəl bədən quruluşu var. Üç uşaq anası olmasına baxmayaraq bədəni superdir".

Rəqqasə müğənni Kərim Abbasovun klipində çəkildiyi yataq görüntülərinə də toxunub: "Kərimin klipində yataqda görüntülərimiz var idi. Bu da böyük səs-küyə səbəb oldu. Demək ki, tamaşaçılar belə kliplər gözləyir"

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Nura Suridən Prezidentə açıq məktub - “Musiqiçilərin halı necə olacaq?“

SONRAKI XƏBƏR

“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” - Video