"Arka sokaklar"ın koronavirus səhnəsi gecəyə damğa vurdu - Neçə insanın gözü yaşlı qaldı? - VİDEO

"Arka sokaklar"ın koronavirus səhnəsi gecəyə damğa vurdu - Neçə insanın gözü yaşlı qaldı? - VİDEO

10 ildən çoxdur ki yayımlanan "Arka Sokaklar" serialında təsirli səhnələrə yer verilib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, ekran işinin 553-cü seriyasında Hüsnü obrazı koronavirusa qalib gələrək evə buraxılıb.

Serialda koronanavirusla bağlı marifləndirici kadrlar yer alıb, sonda Zeliha obrazının dilindən təsirli nitq təqdim edilib.

"Neçə insanın həyatını itirdiyi bəllidir. Amma neçə insanın gözü yaşlı qaldı? Saya bilməzsiniz, mümkün deyil. Reanimasiyada neçə insanın yatdığını bilirik, amma onları neçə insan gözləyir, bilirsiniz? Delfinlər inciməsin, amma mən sahildə insanları da görmək istəyirəm", - İfadələrinin işdədildiyi səhnə sosial şəbəkələrdə yayılaraq gecənin ən çox izlənilən videosu olub.

İsmayıl
Milli.Az

Mənbə: news.milli.az